Şimali Kipr avtomobil istehsal edəcək

Şimali Kipr Türk Respublikasında (ŞKTR) yerli avtomobilin təqdimat mərasimi keçirilib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, avtomobil markasının adı “Günsel”dir.
Şimali Kiprin Girnə şəhərində hoteldə baş tutan mərasimdə elektrik mühərrikinə sahib “Günsel”in “B9” və “J9” modelləri təqdim edilib.
Təqdimatda ölkənin baş naziri Ersin Tatar, onun müavini, həmçinin xarici işlər naziri Kudret Özersay, nazirlər, deputatlar və Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri kimi şəxslər iştirak ediblər.
Məlumata görə, “Günsel” markasının daimi istehsalı 2021-ci ildə başlayacaq.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kipr təkcə Türkiyə tərəfindən tanınır. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkiliblər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb, Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Azərbaycan, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa İttifaqının dəstək ofisi fəaliyyət göstərir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












