Slovakiyada yeni nəsil uçan avtomobil sınaqdan keçirilib

Slovakiyada “Klein Vision” şirkəti tərəfindən hazırlanan yeni nəsil uçan avtomobilin uçuş sınaqları baş tutub.
Avtosfer.az-ın məlumatına görə “Report” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, avtomobil bu həftə Pyeştyanı hava limanında bir neçə yüz metr yüksəklikdə iki uçuş həyata keçirib.
Modeli hazırlayan professor Şyefan Klyaynın sözlərinə görə, əsas uçuş parametrləri aerokarın hazırlanmasının əsaslandığı bütün nəzəri konsepsiya və hesablamaları təsdiqləyib.
“AirCar V5” üç dəqiqədən az müddətdə yol nəqliyyat vasitəsindən uçan aparata çevrilir. Onun özəlliyi açılıb-yığılan qanadların olmasıdır.
İki nəfərlik modelin çəkisi 1 100 kiloqramdır və 200 kiloqrama qədər əlavə yük daşıya bilər. Avtomobil 1,6 litrlik BMW mühərriki ilə təchiz olunub, 140 at gücünə malikdir, təxmin edilən uçuş məsafəsi 1 000 kilometrdir, uçuş zamanı yanacaq sərfiyyatı 18 litr/saatdır. Uçuş sürəti saatda təxminən 200 kilometrdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












