"Sony" avtomobil buraxmaq istəyirdi, amma...

Dünən "Sony" şirkəti tərəfindən Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində nümayiş etdirilmiş Vision-S konsepti səs-küyə səbəb olsa da, bu gün yapon şirkətinin nümayəndəsi prototip ətrafında cərəyan edən ehtiraslara buzlu su səpib. Sən demə, prototipin əsas vəzifəsi şirkətin malik olduğu nailiyyətləri nümayiş etdirmək olub.
"Sony" elektromobili almaq fikrinə düşənləri məyus edən Vision-S layihəsinin rəhbəri İzumi Kavanişi olub. Qeyd etmək lazımdır ki, yapon mütəxəssis Sony şirkətində robot texnikası istiqamətinə rəhbərlik edir. Kavanişi yapon Impress Watch nəşrinə verdiyi müsahibədə "Sony" şirkətinin avtomobil istehsalçısına çevrilmək niyyətinin olmadığını, prototipin isə, şirkətin nəqliyyatın təkamülünə verdiyi töhfə olduğunu bildirib. Smartfonların mobil rabitəyə olan münasibəti dəyişdiyini bildirən Kavanişi şəxsin nəqliyyatda da inqilabın olacağını söyləyib. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












