Subaru BRZ sportkarını yeniləyib - FOTO

Yaponiyanın Subaru şirkəti modernləşdirilmiş BRZ sportkarını təqdim edib. İstehsalçı baş vermiş dəyişiklikləri nəsil dəyişikliyi kimi xarakterizə etsə də, kupe eyni arxitekturanı və tanınan silueti qoruyub saxlayıb. Yeniliklər arasında yenilənmiş eksteryer dizaynı, təkmilləşdirilmiş şassi, müasir elektronika və daha güclü mühərrik var.
İdman avtomobilinin çöhrəsinə "aqressiya" əlavə edilib, çıxıntılı kuzov isə yeni hava kanallarını və daha iri l spoyleri əldə edib. Hər iki bamper, işıq texnikası və radiator barmaqlığı dəyişiklərə məruz qalıb.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Toyota GT86 modelinin əkisinin uzunluğu 31 millimetr artaraq 4265 millimetrə çatıb. Kupenin eni dəyişilməz qalıb - 1776 millimetr. BRZ modelini hündürlüyü isə yalnız bir millimetr azalıb - 1311 millimetr. Eyni zamanda, sportkarın çəkisi 7.7 kiloqram artaraq, avtomatik transmissya ilə təchiz edilmiş versiyada 1307 kiloqrama çatıb.
Salonda Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, səkkiz düymlük ekrana sahib olan Starlink multimedia sistemi və yeddi düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb. Seçilən qırmızı tikişli tərtibat restaylinqdən əvvəlki BRZ modelini xatırladır. Yeni sportkarın avadanlıq siyahısına EyeSight təhlükəsizlik sistemlərinin kompleksi də daxildir.
Kupenin platforması da sələfindən miras qalıb. Bununla birlikdə, yeni kupenin şassi 50% gücləndirilib ki, bu da döngələrdəki idarəetmə xüsusiyyətini yaxşılaşdırmağa imkan verib. Ön tərəfdə əvvəlki kimi McPherson dayaqlarından, arxada isə ikiqat qolardan istifadə olunur.


















Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












