“Subaru” koronavirusa görə istehsalını müvəqqəti dayandırır

Yaponiyanın “Subaru” avtomobil şirkəti koronavirusun yayılmasına görə istehsalı üç həftəlik dayandırıb.
Avtosfer.az-ın məlumatına görə “Report” xəbər verir ki, bu barədə “Kiodo” informasiya agentliyi bildirib.
Məlumata görə, bu vaxt ərzində korporasiya 70 min avtomobil istehsal edə bilərdi. Amma koronavirus pandemiyasına görə şirkət Qumma prefekturasındakı zavodunda istehsalı aprelin 11-dən mayın 1-dək dayandıracaq.
Qeyd edilir ki, korporasiyanın 10 min əməkdaşının iş yerləri saxlanılacaq.
“Subaru” Qumma prefekturasındakı zavodda “Impreza” modeli və Şimali Amerika bazarları üçün “Forester” modellərini istehsal edir. Onun məhsulu korporasiyanın qlobal satışının 70%-ini təşkil edir.
Şirkət martın 23-dən ABŞ-ın İndiana ştatındakı zavodunun fəaliyyətini dayandırıb. Zavod aprelin 7-də açılmalı idi, ancaq istehsalın yenilənməsi tarixi aprelin 20-ə qədər təxirə salınıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












