"Subaru" yeni BRZ kupesinin ilk tizerini dərc edib

Subaru şirkəti yeni nəsil Toyota GT86 modeli ilə eyni platforma, komponentlər və aqreqatları paylaşacaq olan ikinci nəsil BRZ idman kupesinin tizerini dərc edib. Şəkil avtomobilin dizaynını yalnız qismən açıqlayır: təsvirdə on milli disk və nazik profilli şin, həmçinin havalandırma barmaqlığı olan ön qanadın bir hissəsi nümayiş etdirilir.
Eyni platformada inşa edilmış yeni Subaru BRZ və Toyota GT86 modelləri 2020-ci ilin yazında Los Ancelesdə keçirilməli olan avtosalonda debüt etməli idilər, lakin koronavirus pandemiyası səbəbindən təqdimat baş tutmayıb. Yeni təqdimatın payızda keçiriləcəyi bildirilib. Üstəlik, Subaru BRZ və Toyota GT86 sportkarları müxtəlif tədbirlərdə nümayiş etdiriləcəkdirlər.
İlkin məlumatlara görə, hər iki idman avtomobili əvvəlki platformaya əsaslansa da, lakin gücü artırılmış mühərriki əldə edəcəklər. Subaru BRZ və Toyota GT86 modelləri 2.4-litrlik dördsilindrli oppozit mühərriki ilə təchiz ediləcəkdirlər. Bu aqreqat 220 at qüvvəsi və 240 Nm fırlanma anı hasil edəcəkdir. Bu, indiki 2,0-litrlik aqreqatda olduğundan 15 at qüvvəsi və 35 Nm çoxdur. Yeni güc aqreqatının altı pilləli mexaniki və yeni avtomatik tranmssisya ilə təchiz ediləcəyi ehtimal olunurr.
Mövcud olan Subaru BRZ modelinə gəldikdə isə, sportkarın satışları 2020-ci ilin iyul ayında dayandırılıb. Bazardan çıxarılmazdan öncə, idman avtomobili 100 nüsxəlik məhdud saylı tirajla buraxılmış və Almaniya bazarı üçün nəzərdə tutulmuş Subaru BRZ Final Edition vida versiyasında buraxılıb . Bu versiyanın seçilən cəhətləri 17-düymlük on milli tünd rəngli disklər və qırmızı əyləc supportları olub.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












