Tam yeni "Mercedes S klass" gəlir - FOTO

Mercedes-Benz şirkətinin bayraqdar sedanı olan W222 indeksli S-Class sedanı 2013-cü ildə debüt edib. Bu isə model üçün standart olan həyat dövrünün sona yaxınlaşdığından xəbər verir. Avtomobilin növbəti nəsili isə artıq ümumi istifadə yollarında sınaqdan keçirilir. Əvvəllər güclü kamuflyaj örtüyünə malik olan sedan, artıq yavaş-yavaş bu örtükdən yaxa qurtarmağa başlayıb. Belə bir prototip bu yaxınlarda avropa yollarında qeydə alınıb.

Cəsus şəkillərində də göründüyü kimi, bayraqdar sedanın dizaynında inqilab olmayacaqdır. Sedanın nisbətləri praktiki olaraq dəyişməyib. Bununla belə, bayraqdar model son Mercedes-Benz modellərinin üslubunda aqressiv ön hissəyə sahib olub. Şəkillərdə çıxan qapı dəstəkləri də diqqəti çəkir. Avtomobilin interyerində isə ciddi dəyişikliklərin olacağı gözlənilir. Mərkəzi konsolda mediasistemin və klimat-kontrolun idarəetməsinə cavabdeh olan iri sensorlu displey quraşdırılacaqdır. Salondakı adi düymələrin sayı minimuma endirilməlidir.

İlkin məlumata görə, yeni Mercedes-Benz S-Class modelinin mühərrik çeşidinə altısilindrli dizel və benzin mühərrikləri daxil olacaqdır. 4,0-litrlik V8 biturbo mühərriki də yerini qoruyub-saxlamalıdır. Böyük ehtimalla, altısilindrli mühərriklər “yumşaq” və tamölçülü hibrid əlavələr ilə təchiz ediləcəkdirlər. V12 mühərrikinin taleyi isə hələlik naməlumdur.
Yeni S-Class modelinin təqdimatı gələn il keçiriləcək. Təqdim zamanı növbəti nəsil kupe və kabriolet, AMG-modifikasiyaları və Maybach versiyası barədə də məlumat veriləcək. (Autograph)
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










