“Tesla Roadster” avtomobili Marsın yaxınlığından uçub

"SpaceX" şirkətinin təsisçisi İlon Maskın 2018-ci ildə kosmosa buraxılan "Tesla Roadster" avtomobili Mars planetinin 7 milyon kilometrliyindən uçub. Bu barədə kosmonavtika üzrə məşhur ABŞ eksperti Conatan Makdauell bildirib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, avtomobil kosmosa 2018-ci ilin fevralında ağır sinifli ilk "Falcon-Heavy" raketdaşıyıcısı vasitəsilə göndərilib. O, manekenlə birlikdə heliosentrik orbitlə - Günəş ətrafında hərəkət edən raketin ikinci pilləsinə bərkidilmiş vəziyyətdə qalıb.
Ekspert "Twitter" səhifəsində qeyd edib ki, onun hesablamasına görə, avtomobil oktyabrın 7-də Bakı vaxtı ilə saat 10:25-də Marsın 7,417 milyon kilometrliyindən uçub. Bu, "Tesla Roadster" avtomobilinin Qırmızı planetə yaxınlaşa biləcəyi ən az məsafədir.
Bir müddət əvvəl İ.Mask 2050-ci ilədək Marsa 1 milyon insan göndərmək niyyətində olduğunu açıqlayıb. "SpaceX" şirkəti "Super Heavy" çoxdəfəli raketdaşıyıcı və "Starship" gəmisindən ibarət nəqliyyat sistemi hazırlayır. Sistem peyk, ekipaj və yükləri Marsa çatdırmağa imkan verəcək.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












