Tibbi maskanı avtomobildə harda saxlamalı? – ARAŞDIRMA - FOTO

Bir neçə aydır mağazalarda, ictimai nəqliyyatda və ictimai həyatın bir çox sahələrində maska taxmağımız məcburi olub. Sürücülər üçün bu o deməkdir ki, maska həmişə əlinizin altında olmalıdır. Bəs tibbi maskanı avtomobildə saxlamağın düzgün yolu nədir? Avtosfer.az maraqlı araşdırmanı təqdim edir:
Məsələn, sual yaranır. Supermarketə girdikdən sonra yenidən sükan arxasına keçəndə maska ilə nə etmək olar? Bu boş bir sual deyil, çünki mümkün qədər tez qurumalıdır. Nəzərə alsaq ki, bir çox insan həmin maskanı yenidən istifadə edir.
Buna görə cibinizə qoya bilməzsiniz. Maskanı panelin üstünə də atmaq çox praktik deyil, çünki pəncərədə əks olunur və hər döngədə səth boyunca sürüşür.
Maşkanı güzgüdən asmaq? Bu, indi geniş yayılmış bir həll yoludur və prinsipcə qadağan deyil. Ancaq ekspertlər sürücünün görmə sahəsinin daima aydın qalmalı olduğuna diqqət çəkir. Ağız və burun örtükləri görmə qabiliyyətini ciddi şəkildə poza bilər. Avtomobil idarə edən zaman irəli-geri sallanması isə sürücünün fokusunu azaldır.
Sərnişin oturacağına atmaq olarmı? Bu praktik deyil, çünki avtomobilin ətrafında "uçacaq" və ya hətta təmiz olmayan yerə düşəcək.
İndiyə qədər onlayn mağazalar maskaları saxlamaq üçün heç bir cihaz satmırlar. Baxmayaraq ki, bu cür cihazlar zamanla görünəcək. Bu vaxt mütəxəssis belə sadə bir həll yolu təklif edir. Sərnişinin günəş şüşəsinin küncündə bu yeri düzəltmək olar. Bu zaman maska sürücünü yoldan yayındırmayacaq, sürətlə quruyacaq və eyni zamanda həmişə əlinizdə olacaq.
Maskanı avtomobildə harada saxlamaq üçün sizin də hər hansı təklifiniz var?
Nərminə Novruzova
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək












