“Toyota” Avropada yeni brend loqotipini və dizayn tərtibatını təqdim etdi

“Toyota” Avropada brend loqosu və tərtibatının yenilənmiş versiyasını təqdim etdi. Bu, “Toyota” üçün yeni eradan xəbər verir. Belə ki, “Toyota” bir avtomobil şirkətindən mobillik şirkətinə çevrilir.
Avtosfer.az xəbər verir ki, artan mobillik məhsulları və xidmət çeşidləri üçün brendə üz tutan müxtəlif müştəri bazasına ünvanlı təkmilləşdirilən yeni dizayn dili həm rəqəmsal, həm də real ünsiyyət vasitələri baxımından mükəmməldir.
Yeni vizual identifikasiya sadəliyə və dörd əsas prinsipə əsaslanır: uzaqgörənlik, mobilliyə hazırlıq, daha premiumluq hissi və bütün biznes vahidləri və subbrendləri arasında son dərəcə uyğunluq.
“Toyota”nın yeni brend loqotipi “Toyota” sözünü ləğv etməklə, sadə ikiölçülü emblemdən ibarətdir, çünki emblem özü Avropada yetəri qədər məşhurdur. Bu dizayn sadəlik, şəffaflıq və müasirlikdən xəbər verir və həm rəqəmsal məkana mükəmməl uyğunlaşır, həm də real şəraitdə eyni dərəcədə effektivdir. Yeni loqotip bütün ünsiyyət vasitələrində tətbiq ediləcək, lakin cari loqotip hələ də nəqliyyat vasitələrində istifadə ediləcək.
“Biz brendin yeni vizual dizaynını “sabahı” düşünərək yaratmışıq. Məqsədimiz “Toyota”nın elektrik avtomobilləri, mobillik xidmətləri və onlayn satış tempinə uyğunlaşması üçün müştərilərlə ən mükəmməl şəkildə ünsiyyətini təmin etməkdir”.
Didiye Gambart, “Toyota Motors” Avropa, Satış, Marketinq və Müştəri Təcrübəsi üzrə vitse-prezident
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












