Toyota Land Cruiser 300 modelinin yeni debüt tarixi səsləndirilib


Azərbaycanlı ofrouder sevərlər arasında populyar olan Toyota Land Cruiser modelinin növbəti nəslinin debüt tarixi əsl trillerə çevrilib. Bundan öncə, bir sıra kütləvi informasiya vasitələri Toyota şirkətinin daxilindəki mənbələr istinadən yeni Land Cruiser modelinin müxtəlif debüt tarixlərini səsləndirsələr də, yapon istehsalçısı bu sahədəki sükutunu davam etdirir.
Bu günlərdə BestCarWeb nəşri Toyota Land Cruiser 300 adlandırlacağı gözlənilən modelin 2021-ci ilin sentyabrında deyil, daha erkən - aprel ayında debüt edəcəyini bildirib. Yəni, LC300 gözlənildiyindən altı ay əvvəl işıq üzü görəcəkdir. Üstəlik, nəşr bir qədər irəli gedərək yeni ofrouderin təqribi qiymətini də açıqlayıb: Yaponiyada ofrouderin qiymətinin 500 min yen artacağı söylənilir.
Toyota Land Cruiser 300 modelinin 4,6-litrlik V8 mühərrikindən məhrum olacağı və onu ekoloji cəhətdən daha təmiz olan 415 at qüvvəli 3,5-litrlik V35A-FTS "biturboaltılığı" ilə əvəzlənəcəyi barədə söz-söhbətlər dolaşır. Alternativ olaraq, hibrid güc qurğusunun və 3,3-litrlik dizel mühərrikinin təklif edəcəyi söylənilir.
Qeyri-rəsmi məlumatlara görə, LC 300 ölçülərinə görə mövcud modeli üstələyəcəkdir: onun uzunluğu 4970 millimetrə (+20 millimetr), eni - 1985 millimetrə (+ 5 millimetr), təkər bazası 2900 millimetrə (+50 millimetr) qədər artacaqdır. Üstəlik, yeni ofrouder sələfindən 10 millimetr (1870 millimetr) alçaq olacaqdır.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı


















