Toyota Prius ABŞ bazarındakı debütünün 20 illik yubileyini qeyd edir

Avtodünya 12 May 2020 13:30 Oxunub 6765
Toyota Prius ABŞ bazarındakı debütünün 20 illik yubileyini qeyd edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toyota şirkətinin Şimali Amerika nümayəndəliyi Prius 2020 Edition xüsusi versiyasının qiymətini daha sonra açıqlayacaqdır

Toyota şirkəti Prius hibridlərinin ABŞ bazarında satışa çıxarılmasının 20-ci ildönümünün şərəfinə hazırladığı 2020 Edition adlı yubiley seriyasını təqdim edib. Məhdud saylı tirajla buraxılacaq hibridn fərqli cəhətləri qara rəngli emblemlər və disklər, seçilmiş kozuv rəngləri və firma dekoru olacaqdır. Toyota Prius 2020 Edition hibridi 2020 nüsxəlik tirajla buraxılacaqdır.

Toyota Prius modelinin yubiley versiyasının təchizatına qanadlar və baqaj qapağındakı parlaq qara loqotiplər, antrasit rəngli 17-düymlük təkər diskləri, tündləşdirilmiş optika və yan güzgülərin xüsusi gövdələri daxildir. Prius 2020 Edition modelinin alıcıları iki kuzov rəngindən birini seçə bilərlər: tünd-qırmızı Supersonic Red və ağ Wind Chill Pearl.

 

Salondakı dəyişikliklər bir qədər çoxdur: xüsusi seriyadan olan bütün hibridlər Prius 2020 Edition naxışı olan kilimlərə və tünd rəngli salona sahib olacaqdırlar. Prius 2020 Edition modelinin avtomatik transmissiyasının selektorundakı mavi ötrmələr qara rənglisi ilə əvəzlənəcək, havalandırma sisteminin deflektorlarının forması cüzi şəkildə dəyişdiriləcəkdir.

Yubiley hibridləri texniki cəhətdən dəyişikliyə məruz qalmayacaqdırlar, lakin onlar modernləşdirilmiş Toyota Safety Sense 2.0 aktiv təhlükəsizlik sistemi kompleksini əldə ediləcəklər. Bu kompleksin tərkibinə adaptiv kruiz-kontrol, piyada və velosipedçilərin aşkarlanması funksiyası, yol nişanlarını tanıma sistemi və avtomatik uzaq işıqlar daxildir. Ən maraqlısı odur ki, bu kompleks gələn ildən Amerika bazarında satılan bütün Prius modelləri üçün standart olacaqdır.

Toyota şirkətinin Şimali Amerika nümayəndəliyi Prius 2020 Edition xüsusi versiyasının qiymətini daha sonra açıqlayacaqdır. "Eksklüzivlik" üçün elə də böyük əlavə ödəniş gözlənilmir: yubiley versiyası XLE modifikasiyasına əsaslanır, buna görə də, xüsusi seriyadan olan hibridin qiyməti 28.375 - 32.500 dollar arasında olacaqdır.

Eyni zamanda, Toyota şirkəti May ayının 18-də iki yeni hibridi təqdim edəcəyi barədə bəyanat verib. Yeni hibridlərdən biri Sienna miniveninin elektrikləşdirilmiş versiyası ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh