"Toyota" yığcam elektrik krossoverini hazırlayır - FOTO

Toyota markasının elektrik nəqliyyat vasitələri üçün yaratdığı e-TNGA platformasında inşa edilən ilk model orta ölçülü krossover olacaqdır. Şirkət, belə elektromobilləri onların getdikcə populyarlaşdığı Avropa bazarında satmağı planlaşdırır.
E-TNGA modul platforması çoxqollu arxa asqının mövcudluğunu nəzərdə tutur və dartma batareyasının döşəmədə yerləşdirilməsini təmin etmək üçün, orijinal TNGA arxitekturası ilə müqayisədə ciddi şəkildə dəyişdirilmiş və möhkəmləndirilmişdir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, elektromobilin yaradılmasında Subaru mühəndisləri də istirak edirlər, çünki yapon istehsalçısının model çeşidində eyni arxitektura üzərində inşa ediləcək Evoltis adlı bənzər krossover də olacaqdır. Hər iki modelin seriya istehsalı Yaponiyadakı ayrı bir zavodda təşkil ediləcəkdir, lakin onların satışlarına yalnız bir neçə ildən sonra başlanacaqdır.

Daha sonra e-TNGA platformasında inşa ediləcək elektromobillər sırasına sedan, miniven və iri ölçülü krossover, həmçinin Suzuki ilə birlikdə yaradılan yığcam model daxil ediləcəkdir. Bütün bu modellər yaxın bir neçə il ərzində təqdim ediləcəkdirlər.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












