Türkiyənin ilk milli avtomobili bu gün nümayiş olunacaq – Artıq 30 min müştərisi var

“Devrim avtomobili” ilə başlayan Türkiyənin milli avtomobil xəyalı reallığa çevrilir.
Avtosfer.az Avropa.info-ya istinadən xəbər verir ki, bu gün İstanbulun Gəbzə rayonunda təqdim olunacaq avtomobilin sükanında prezident Ərdoğan özü oturacaq. Türkiyənin Avtomobil Müəssisə Qrupu Sənaye və Ticarət A.Ş-nin (TOGG) hazırladığı avtomobil Gəbzə İnformasiya Vadisində təqdim olunacaq. Ərdoğan avtomobili Osmanqazi körpüsündə şəxsən sınaqdan keçirəcək.
Yerli avtomobilin artıq müştəriləri də var. 2035-ci ilə qədər Dövlət Vasitələri Ofisi 30 min avtomobil satın alacaq. 2022-ci ildə avtomobilin kütləvi istehsalına başlanılacaq. İldə 2142 avtomobil istehsal olunacaq.
Elektriklə işləyəcək avtomobilin qiyməti və adı hələ açıqlanmayıb. İstehsal yeri isə Bursa şəhəri olacaq. Bursada tikiləcək avtomobil fabrikinin ildə 175 min ədəd satması gözlənilir. Fabrikdə 5 növ elektrikli avtomobil istehsal olunacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












