"Utanıram, səhv eləmişik" - VİDEO

Qonşular əlbir olub avtomobil oğurladılar. Onlar sərxoş halda Tovuzun Əyyublu kəndinə gələrək Fəxrəddin Mehralıyevin "VAZ 21-05" markalı avtomobilini qaçırıblar. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kənddən çıxara bilib. Dərhal hadisə ilə bağlı polisə məlumat verilib. Bir neçə ay sonra məlum olub ki, hadisəni törədən Gəncə sakinləri Anar Hüseynov və onun qonşusu Vüqar İsmayılovdur. Qonşular oğurluğun izini itirmək üçün "VAZ"-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşıyıb.
Saxlanılan şəxs: "Utanıram, səhv eləmişik. Allah şeytana lənət eləsin"
Saxlanılan digər şəxs: "Maşını qaçırtmağı mən təklif elədim. İçdik, kefimiz kök idi, oğurluq elədik. Oğurluq elədiyimiz adamı tanımırdıq".
Faktla bağlı araşdırmalar davam etdirilir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












