Volkswagen Tiguan modelinin kupeşəkilli versiyası kamuflyajsız yaxalanıb

Yenilənmiş Tiguan modelinin bu il debüt edəcəyi hər kəsə bəllidir. Lakin, iş təkcə yenilənmə ilə bitmir - Tiguan ailəsi nəhayət vəd olunmuş kupeşəkilli krossover ilə də genişləndiriləcəkdir. Yeni kupe-kross üçün ən vacib bazarlardan biri Çin olacaqdır. Bu günlərdə diribaş casuslar Çində sınaqları keçirilən, demək olar ki, "soyundurulmuş" Tiguan kupe-krossoverinin şəklinin çəkməyə müvəffəq olublar.
Şəkillərdən də gördüyünüz kimi, kuzovun üzərində praktiki olaraq heç bir örtük qalmayıb, ancaq hiyləgər mühəndislər avtomobilin "üzünə" gümüş rəngli qeyri-adi kamuflyaj örtüyünü vurublar ki, bununla da Volkswagen krossoveri yerli Changan CS85 modelinə bənzər olub.

Volkswagen şirkəti artıq Çinin patent bürosunda Tiguan X əmtəə nişanını qeydiyyata alıb və mövcud olan Teramont X və Tayron X modellərində olduğu kimi, Tiguan modelinin kupeşəkilli versiyası da X indeksini alacaqdır. Yeni Tiguan X adi krossoverdən aşağı salınmış dam xətti və orijinal arxa hissəsi ilə seçiləcəkdir. Kuzovun yan tərəfinin dizaynı isə dəyişilməz qalacaqdır.
Yenilənmiş Tiguan ailəsinin bütün üzvləri başqa bamperlərə, dəyişdirilmiş işıq texnikasına və radiator barmaqlığına sahib olacaqdırlar. İlkin məlumata görə, texniki olaraq Tiguan X modeli "adi" Tiguan krossoverində heç nə ilə fərqlənməyəcəkdir. Bu isə, modelin qlobal mühərrik çeşidinə 1.4 TSI, 1.5 TSI, 2.0 TSI və 2.0 TDI mühərriklərinin daxil ediləcəyindən xəbər verir.

Şübhəsiz ki, bu il debütü gözlənilən ən güclü Tiguan R modeli də kupeşəkilli versiyada təklif ediləcəkdir. Yeni Tiguan ailəsinin bütün versiyalarının təqdimatı yaxın aylarda baş tutmalıdır.
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI
Rus “Toyota”sına maraq azdır








