Volkswagen Türkiyədə zavod açmaqdan imtina etdi - SƏBƏB
Bir müddət öncə Volkswagen şirkətinin Türkiyədə müəssisə açacağı xəbəri çoxlarını sevindirdi. Buna baxmayaraq, hər mənada Türkiyə üçün əhəmiyyətli olan bu müəssisənin açılışının əvvəl ertələnməsi, sonra isə ləğvi xəbəri yayıldı.
Maraqlıdır, Volkswagen kimi dünya əhəmiyyətli şirkət belə mühüm müəssisəni niyə ləğv edib?
TED.az xəbər verir ki, Volkswagen rəhbəri Herbert Diess mövzu ilə əlaqədar açıqlama verib.
Bildirilib ki, açılışı planlaşdırılan müəssisənin bir anda ləğvinin səbəbi Türkiyənin siyasi durumudur. Bununla əhəmiyyətli maliyyə itkisinin qaçılmaz olduğunu söyləyən şirkət rəhbəri qeyd edib ki, Türkiyə əvəzinə Slovakiyadakı fabrikə investisiya qoymaq daha məntiqlidir.
"Türkiyədə müəssisə açılmasının tərəfdarı idim, indi də bu belədir. Bununla oradakı şəraitin yaxşılaşdırılmasına töhfə verə bilərdik. Türkiyə Avropada coğrafi-strateji baxımdan imtina ediləcək ölkə deyil. Amma siyasi durum buna imkan vermir", - deyə Herbert əlavə edib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












