“Volvo” 4100 əməkdaşını işdən azad etməyi planlaşdırır

İsveçin “Volvo” avtokonserni dünyada özünün 4.100 əməkdaşını işdən azad etməyi planlaşdırır. Koronavirus pandemiyası nəticəsində yaranmış böhranla əlaqədar “Volvo” avtokonserni bütün dünyada özünün muzdlu işçilərinin sayını 4.100 nəfər, o cümlədən İsveçdəki işçilərin sayını təqribən 1.250 nəfər azaltmağı planlaşdırır.
“Volvo Group”un prezidenti və baş direktoru Martin Lundştedt xüsusi press-relizində bildirib: “Koronavirus pandemiyası və ona qarşı mübarizə üzrə qlobal tədbirlərlə əlaqədar bazarda yaranmış vəziyyət bizim sahəyə ciddi təsir göstərir. Gələcəkdə bizim məhsullara tələbat səviyyəsinin azalacağı gözlənilir. Ona görə də biz öz şirkətimizin müvafiq qaydada adaptasiyası ilə bağlı tədbirləri davam etdirməliyik. Paralel olaraq biz yeni texnologiyaların və biznes-modellərin mənimsənilməsini sürətləndirəcəyik”.
Xatırladaq ki, bu şirkət işini itirmiş əməkdaşların hüquqlarını təmin etmək üçün həmkarlar ittifaqları ilə danışıqlar aparır. (Azərtac)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












