Volvo çıxarılan sükan və sensorlu pedalları patentləşdirib - FOTO

Volvo şirkəti yeni mütərəqqi avtomobili idarə etmə sistemini hazırlamaq niyyətindədir. İsveç istehsalçısının qeydə aldığı patent təsvirlərində sükan çarxını sağda, solda və hətta mərkəzdə yerləşdirməyə imkan vercək yenilikçi avtomobil sükan sistemi təsvir edilir. Volvo şirkətinin çıxarıla bilən elektron sükan çarxı vəsensorlu pedal qovşağı üçün təqdim etdiyi patent ərizəsi ABŞ-ın Patent və Ticarət Nişanları Bürosunun veb saytında dərc edilib.
Yeni Volvo idarəetmə sisteminin mövcud olan sistem arasındakı əsas fərq sükan çarxı və təkərlər arasında mexaniki əlaqənin olmamasıdır. Volvo şirkətinin patentində sükan elektrondur və onun ön paneldə yerdəyişməsi üçün heç bir texniki maneə yoxdur. Ən sadə halda, inteqrasiya olunmuş cihazlar paneli olan sükanı üfüqi şəkildə hərəkət etdirmək olar. Nəzəri olaraq, sürücü nəzəri yalnız solda və ya sağda deyil, eyni zamanda üç nəfərlik hiperkarlarda olduğu kimi mərkəzdə də otura bilər.
Elektron pedallar seriya avtomobillərində çoxdan istifadə olunur, lakin İsveç markasının mühəndisləri gələcəkdə "fiziki" pedalların yerini təzyiqdən asılı olaraq sürətlənmə və ya yavaşlama dərəcəsini "tənzimləyəcək" sensorlu panellərə verəcəyinə inanırlar.
Sensorlu pedal qovşağı döşəmə panellərinə inteqrasiya edilə bilər – sensorlu pedallar sükan sütununun onların üstündə kilidlənməsindən sonra aktivləşdiriləcəkdir. Hərəkət rejimi selektorunun yerləşdirilməsində heç bir problem olmamalıdır: selektor sükan çarxının altında yerləşdirilə və ya adi yerində qala bilər.
Volvo mühəndislərinin fikrincə, belə çevik idarəetmə sistemləri üçüncü səviyyəli avtopilot sistemlərinin tətbiqi sayəsində reallığa çevrilə bilər. Belə avtonom sistemlər sürücünün diqqətini tələb etmirlər.
Bununla belə, Volvo şirkətinin təklif etdiyi yeni texnologiya təhlükəsizlik səbəbi ilə seriya avtomobillərində tətbiq oluna bilməz, çünki təkərlərə mexaniki əlaqəsi olmayan sükan sistemləri qanunla qadağan edilir. (Autograph)
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU




















