"Volvo" çıxarılan sükan və sensorlu pedalları patentləşdirib

Volvo şirkəti yeni mütərəqqi avtomobili idarə etmə sistemini hazırlamaq niyyətindədir. İsveç istehsalçısının qeydə aldığı patent təsvirlərində sükan çarxını sağda, solda və hətta mərkəzdə yerləşdirməyə imkan vercək yenilikçi avtomobil sükan sistemi təsvir edilir. Volvo şirkətinin çıxarıla bilən elektron sükan çarxı vəsensorlu pedal qovşağı üçün təqdim etdiyi patent ərizəsi ABŞ-ın Patent və Ticarət Nişanları Bürosunun veb saytında dərc edilib.
Avtosfer.az bildirir ki, yeni Volvo idarəetmə sisteminin mövcud olan sistem arasındakı əsas fərq sükan çarxı və təkərlər arasında mexaniki əlaqənin olmamasıdır. Volvo şirkətinin patentində sükan elektrondur və onun ön paneldə yerdəyişməsi üçün heç bir texniki maneə yoxdur. Ən sadə halda, inteqrasiya olunmuş cihazlar paneli olan sükanı üfüqi şəkildə hərəkət etdirmək olar. Nəzəri olaraq, sürücü nəzəri yalnız solda və ya sağda deyil, eyni zamanda üç nəfərlik hiperkarlarda olduğu kimi mərkəzdə də otura bilər.
Elektron pedallar seriya avtomobillərində çoxdan istifadə olunur, lakin İsveç markasının mühəndisləri gələcəkdə "fiziki" pedalların yerini təzyiqdən asılı olaraq sürətlənmə və ya yavaşlama dərəcəsini "tənzimləyəcək" sensorlu panellərə verəcəyinə inanırlar.
Sensorlu pedal qovşağı döşəmə panellərinə inteqrasiya edilə bilər - sensorlu pedallar sükan sütununun onların üstündə kilidlənməsindən sonra aktivləşdiriləcəkdir. Hərəkət rejimi selektorunun yerləşdirilməsində heç bir problem olmamalıdır: selektor sükan çarxının altında yerləşdirilə və ya adi yerində qala bilər.
Volvo mühəndislərinin fikrincə, belə çevik idarəetmə sistemləri üçüncü səviyyəli avtopilot sistemlərinin tətbiqi sayəsində reallığa çevrilə bilər. Belə avtonom sistemlər sürücünün diqqətini tələb etmirlər.
Bununla belə, Volvo şirkətinin təklif etdiyi yeni texnologiya təhlükəsizlik səbəbi ilə seriya avtomobillərində tətbiq oluna bilməz, çünki təkərlərə mexaniki əlaqəsi olmayan sükan sistemləri qanunla qadağan edilir.
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək












