Volvo markasının yeni flaqmanı kupe-kross olacaq

MotorTrend nəşri Volvo markasının yeni flaqmanı olacaq kupeşəkilli XC100 Recharge elektrik krossoveri barədə məlumatı dərc edib. Yeni krossover Isveç markasının model xəttinin zirvəsində yerləşəcək, dörd nəfərlik salona və iki mühərrikli güc qurğusuna sahib olacaqdır. Volvo XC100 Recharge modelinin 2023-cü ilə qədər təqdim ediləcəyi gözlənilir.
Volvo XC100 Recharge krossoverinin əsasını SPA 2 modul arxitekturası təşkil edəcəkdir. Texniki cəhətdən, kupe-kross yeni nəsil XC90 modelinə çox yaxın olacaqdır. Bununla birlikdə, Volvo şirkəti XC90 yeni nəslini hibrid və elektrik güc qurğuları ilə satmağı planlaşdırsa da, XC100 modeli ənənəvi benzin DYM-ləri ilə təklif edilməyəcək və tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcəkdir.

İnsayderlər, XC100 Recharge modelinin orijinal kupeşəklli kuzova malik olacağını və Volvo markasının yeni dizayn üslubunu nümayiş etdirəcəyini bildiriblər. Bundan başqa, flaqman krossoveri Volvo XC90 Exellence xüsusi versiyasında olduğu kimi, alternativi olmayan dördyerli dəbdəbəli salon ilə təklif ediləcəkdir.
Volvo XC100 Recharge modelinin 2023-cü ildə gözlənilən debütü zamanı, krossoverdə radarlar, kameralar və lidarlar vasitəsi ilə ətraf mühiti təhlil edən yarı-avtonom idarəetmə sistemi tətbiq edilə bilər. Yeni modelin digər maraqlı cəhəti isə, onun təchiz edildiyi ən müasir aktiv və passiv təhlükəsizlik sistemləri olacaqdır.

Amerikalı jurnalistlərin fikrincə, XC100 Recharge modeli Volvo markasının model cərgəsindəki ən bahalı avtomobil olacaqdır: krossoverin qiyməti 85 min dollardan başlayacaqdır ki, bu da onun yeddi yerli XC90 modelinin top versiyası ilə eyni qiymətə satılacağından xəbər verir.
Mənbə: Motor Trend
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












