Volvo – Təhlükəsizliyin təcəssümü - VİDEO

Oktyabr ayından etibarən, İsveçin “Volvo Cars” şirkəti yeni qlobal kampaniyaya start verdi. Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dən verilən məlumata görə, 1957-ci ildən bəri qabaqcıl təhlükəsizlik texnologiyalarının köməyilə 1 milyondan çox insan həyatı xilas edilib və qarşıya qoyulan yeni məqsəd – “Ən azı daha bir milyon...” üçün bütün işçi heyəti əlindən gələni edəcək.
Kampaniya çərçivəsində Volvo XC90 modelinin təhlükəsizlik sistemininin mükəməlliyi yeni video ilə təqdim edildi. Videoda iki kiçik uşağı böyütmək və gündəlik çətinliklərin öhdəsindən gəlmək üçün mübarizə aparan bir cütlüyün həyatı təsvir olunur. Evdə, mağazada, hər yerdə uşaqlarının təhlükəsizliyini düşünən valideynlərin qayğısı, həqiqətən göz oxşayır. Videonun sonunda, dayanacaqdan çıxarkən, ata arxadan gələn ağır yüklü avtomobili görmür, lakin “Volvo”-nun kor nöqtələrin təyin edilməsi funksiyasının köməyi ilə, avtomobil öz hərəkətini dərhal dayandırır və bununla ailə xilas edilmiş olur.
“XC90-nın ailələr üçün nə qədər mükəmməl avtomobil olmasını göstərmək istədik. Ümumiyyətlə, valideyn olmağın nə qədər çətin olduğunu bilirik. “Volvo” bu çətin yolda həmişə onların yanında dayanmaq üçün yaradılıb.” - bunu “Volvo Cars” şirkətinin layihə meneceri Luis Alstrom bildirib.
Məlumat üçün qeyd edək ki, videoda ata rolunu məşhur isveç aktyoru Fares Fares oynayır. O, “Çernobıl” və “Ulduz döyüşləri” filmlərindəki rolları ilə tanınıb.
* Qeyd edilən video:
https://www.facebook.com/watch/?v=2352217028236767
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














