Weltmeister Maven sedanı 800 kilometrlik yürüş ehtiyatına malik olacaq

Avtodünya 12 May 2020 09:15 Oxunub 1550
Weltmeister Maven sedanı 800 kilometrlik yürüş ehtiyatına malik olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Weltmeister markasının seriya sedanı 2021-ci ildə debüt etməlidir

Weltmeister ticarət nişanının arxasında Çinin WM Motor şirkəti dayanır. WM Motor ilk elektrik avtomobilini 2017-ci ildə nümayiş etdirib. Çin istehsalçısına avtomobillərin yaradılmasında və tənzimlənməsində Almaniyanın Isdera şirkəti yardım edir. Bu şirkəti keçən əsrdə Mercedes-Benz aqreqatlarında bənzərsiz superkarlar yaratmaqla məşhurlaşmışdı.

 

Hazırda Çin şirkətinin model xəttində iki krossover var. Bunlardan birincisi 2019-cu ilin fevral ayında Çin bazarında satışa çıxarılan Weltmeister EX5 modeli, ikincisi isə keçən qış debüt edən daha böyük Weltmeister EX6 Plus modelidir. 2019-cu ildə şirkət 15587 maşın satıb ki, bu da startap üçün heç də pis nəticə deyil. Üçüncü model isə sedan olmalıdır. Bu günlərdə şirkət Weltmeister Maven konseptini nümayiş etdirərək, gələcək sedan haqqında təsəvvür yaratmağa çalışıb.

 

Avtomobil haqqında məlumat çox azdır, ancaq yaradıcıların fəxr etdiyi əsas şey onun aerodinamikasıdır. Kuzovun iti forması, güzgüləri əvəz edən gizlənən kameralar, batırılmış qapı tutacaqları aerodinamikanı yaxşılaşdırmağa xidmət edir. Bunlara baxmayaraq, konseptin aerodinamik müqavimət əmsalı adi Mercedes-Benz CLA və ya BMW 3 Series sedanları ilə eynidir - 0,23.

 

Bununla belə, şirkət yeni nəsil batareyaların tətbiqi və yaxşı aerodinamika sayəsində uzunluğu təxminən beş metr olan Maven elektrokarıınn 100 kilometrə 14 kilovat-saat sərf etdiyini və onun yürüş ehtiyatının köhnəlmiş NEDC dövrünə əsasən 800 kilometrə bərabər olacağını bildirib. Eyni zamanda, elektrokarın dayanacaq rejimində dördüncü səviyyəli avtopilotun imkanlarına sahib olan, üçüncü səviyyəli avtopilotla təchiz ediləcəyi bildirilib. Əlavə olaraq, yol infrastrukturu və digər avtomobillərlə məlumat mübadiləsi aparmağa imkan verən V2X texnologiyası da elektrokarın avadanlıq siyahısına daxildir.

 

Weltmeister markasının seriya sedanı 2021-ci ildə debüt etməlidir. Sedan Maven konseptinə bənzəsə də, şturval formasındakı sükan çarxından və geniş proyeksiya ekranından məhrum olacaq və mərkəzi dayaqlarla təchiz ediləcəkdir. Lakin, güzgüləri əvəz edən kameraların konveyerə qədər gedib çatmaq şansları vardır.(autograph.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh