«Wolksvagen» şirkəti zay çıxan avtomobilləri təmir etdirəcək

Almaniyanın «Wolkswagen» şirkəti yanvar ayından etibarən avtomobillərini təmir etdirəcək. Avtosfer.az xəbər verir ki, «Wolksvagen»-nin yeni icraçı direktoru Matthias Müller bu barədə müsahibə verib. Müller həll təkliflərini bu həftə içərisində təqdim edəcəklərini söyləyib: "Təklif qəbul edilərsə, dərhal ehtiyat hissə sifarişlərini verəcəyik. Hər şey planlaşdırılan formada davam edərsə, yanvar ayından etibarən təmirə başlanacaq".
O, 2016-cı ilin sonuna qədər qalmaqalda adları çəkilən avtomobillərin hamısının düzəldilməsini qarşılarına məqsəd qoyduqlarını bildirib. Müller emissiya qazı olan avtomobilllərin sayının bu günə qədər güman edildiyindən daha az olduğunu açıqlayıb: «Avtomobillərin sayı 11 milyon yox, 9 milyon yarımdır».
Qeyd edək ki, "Wolksvagen" şirkətinin istehsal etdiyi avtomobillərdə ətraf mühit standartlarına uyğun olmayan emissiya qazı aşkarlanmışdı.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












