"Xaliq Faiqoğlu" şirkəti payız-qış mövsümünə hazırdır - FOTO

"Xaliq Faiqoğlu” şirkəti qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini başa çatdırıb. Əvvəlcədən tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq cari ilin 15 sentyabr tarixindən etibarən şirkət tərəfindən nəqliyyat vasitələrinin texniki müayinəsi, o cümlədən istilik və qızdırıcı sistemlərin sazlığı, şinlərin mövsümə uyğunlaşdırılması, şüşə silgəclərinin dəyişdirilməsi təmin edilmişdir. Eyni zamanda istehsalat bazalarında iqlim şəraiti ilə əlaqədar tədbirlər görülmüşdür. Belə ki, Təmir Mərkəzində texniki xidmət heyəti arasında qış mövsümünə hazırlıqla bağlı müvafiq təlimatlandırma və planlaşdırma aparılmışdır. Bundan əlavə mövcud pandemiya şəraitində, yoluxma hallarının qarşısının alınması məqsədilə avtobuslarda dizinfeksiya tədbirləri davam etdirilməkdədir. Bu məqsədlə müvafiq lisenziya malik olan “Gigiyena Məkanı” MMC ilə bağlanmış müqaviləyə əsasən avtobuslarda hər növ viruslara qarşı kimyəvi üsulla dezinfeksiya tədbirlərinin aparılmasını təmin edilir. Həmçinin şirkət tərəfindən “Fire Safety Caspian Azerbaijan” MMC ilə bağlanmış müqaviləyə əsasən, avtobuslarda odsöndürən balonların və digər təhlükəsizlik vasitələrinin işləkliyi və funksionallığı yoxlanılmışdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












