Xalq artistinin bacısı “Ferrari”nin sahibindən təzə maşın tələb edir - FOTO

Bu günlərdə Bakının Heydər Əliyev prospektində “Ferrari” və “Ford” avtomobillərinin toqquşması nəticəsində baş vermiş avtomobil qəzası haqda yeni nüanslar məlum olub. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobilin sürücüsü, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva qəzaya səbəb olan “Ferrari”nin sürücü olan xanımdan yeni avtomobil tələb edir.
Məlumata görə, qəzada günahkar olan tərəf müğənninin bacısına əzilmiş avtomobilini istənilən avtoservisdə təmir etdirməyə hazır olduğunu çatdırıb. Ancaq Zeynəb Dostəliyeva bununla qane olmur və günahkar tərəfdən ona eyni model yeni avtomobil alıb verməyi tələb edir.
Həmin “Ferrari”nin sürücüsünün qadın olduğu məlum olsa da kimliyi barədə çox məhdud informasiyalar var. Qəza zamanı avtomobilin nömrə nişanı üzərində olmayıb. “Ferrari” ya nömrəsiz idarə olunurmuş, ya da qəzadan sonra sürücü nömrəni açaraq hadisə yerini tərk edib.
Bununla belə avtosfer.az saytı dəqiqləşdirib ki, həmin “Ferrari”nin dövlət nömrə nişanı 10 SN 009-dur. Sosial şəbəkələrdə bu avtomobilin çoxsaylı fotolarına rast gəlmək olar.
İnstagram istifadəçiləri yazır ki, bu, şəhərdə sahibi qadın olan tək “Ferrari”dir. Onun yüksək rütbəli şəxslərdən birinin yaxını olduğuna dair məlumatlar var.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















