Yaponiyada 2035-ci ilədək benzinlə işləyən avtomobillərin satışına qadağa qoyuldu
Yaponiya höküməti tərəfindən bildirilib ki, ölkədə 2035-ci ilə qədər benzinlə işləyən avtomobillərdən imtina ediləcək. Ümumiyyətlə benzinlə işləyən nəqliyyat vasitələri avtomobil bazarında satılmayacaq. Qeyd olunan son tarixə qədər alıcılar yalnız hibridlərə, elektrikli nəqliyyat vasitələrinə sahib olacağı gözlənilir.
TED.az xəbər verir ki, qərarın verilməsində əsas məqsəd zərərli emissiyaların ölkədə yayılmasının qarşısını almaqdır.
Bu və ya bu kimi tədbirlər sayəsində 2050-ci ilədək Yaponiya hüdudlarında atmosferə atılan karbon qazı, eləcə də digər istixana tullantılarının səviyyəsinin tamamilə sıfırlanması hədəflənir.
Qeyd edək ki, Gündoğar ölkə gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina etmək niyyətini bəyan edən tək dövlət deyil. Məsələn, İngiltərə benzinlə işləyən maşınların satışını 2030-cu ilədək, Fransa isə 2040-cı ilə qədər qadağan etməyi planlaşdırır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












