Yaponiyada elektrikli nəqliyyat üçün yeni nəsil batareyaların hazırlanmasına dövlət dəstək göstərəcək

Yaponiya hökuməti elektrikli nəqliyyat vasitələri üçün yeni növ batareyaların inkişafı ilə məşğul olan özəl şirkətlərə maliyyə yardımı göstərmək niyyətindədir.
Bu barədə ölkənin yerli qəzeti “Yomiuri” məlumat verib.
Bildirilir ki, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu ilin sonunadək belə batareyaların hazırlanmasında biznesə dəstək olmaq üçün xüsusi strategiya hazırlamağı planlaşdırır.
Yaponiya səlahiyyətliləri bu cür yeni nəsil batareyaların yaradılması ilə məşğul olan şirkətlərə subsidiyalar və digər güzəştlər vermək niyyətindədirlər.
Avtomobil istehsalı Yaponiya iqtisadiyyatının əsaslarından biridir və milli sənaye istehsalının təqribən 20%-ni təşkil edir.
Elektrikli nəqliyyat vasitələrinin inkişafına kömək etmək Tokionun 2050-ci ilə qədər karbon qazı və digər qlobal istiləşmə istixana qazlarını tamamilə ortadan qaldırmaq strategiyasının bir hissəsi kimi görülür.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












