Yaponiyanın avtomobil nəhəngi “Toyota”dan Türkiyə avtomobili AÇIQLAMASI

Yaponiyanın avtomobil istehsalı nəhəngi “Toyota”nın Türkiyə üzrə nümayəndəsi Əli Heydər Bozqurd Türkiyənin milli avtomobili ilə bağlı müsahibə verib. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, təqdimat zamanı avtomobilin batareyalarının Türkiyədə istehsal olunması xəbərinə təəcübləndiyini bildirib: “CEO Gürkan Karakaşın təqdimatda etdiyi çıxışda yeni şey öyrəndik. Biz batareyalarının, yəni akkumulyatorlarının xarici ölkədə istehsal olunduğunu zənn edirdik. Məgər batareya da eyni komanda tərəfindən hazırlanmış və onun da bütün haqları yenə Türkiyəyə məxsus olacaq. Bunun çox qiymətli detal olduğunu qeyd etməliyəm”.
“Avtomobilin İtaliyada istehsal olunması çox müzakirə olundu. Yerli və millidirsə bu avtomobil niyə İtaliyada istehsal olundu?” sualına cavab belə olub: "Bunlar hamısı hekayədir. Bu şərh avtomobil sektorunu bilməyənlərin, sektora hakim olmayanların uydurduğu cəfəngiyatdır. Bu avtomobil prototipdir. Dizaynı türk mühəndislərə məxsus olan avtomobilin yerli olmadığı mənasına gəlməz. Avtomobilin dizaynı dizaynerlərinin hamısı türk olan mütəxəssislər tərəfindən hazırlanmış və müəllif haqları Türkiyəyə məxsusdur".
Əli Heydər Bozqurd avtomobil üçün seqmentin və texnologiyanın düzgün seçildiyini deyib. Onun sözlərinə görə, elektrikli avtomobil texnologiyası yaxın gələcəyin texnologiyasına uyğun seçimdir.
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












