Zagato atelyesi unikal avtomobil hazırlayır - FOTO

Zagato atelyesi yeni layihə üzərində işlədiyini bəyan edib. Məşhur dizayn studiyası bu dəfə keçən əsrin 60-cı illərinin Iso Rivolta A3/C adlı idman avtomobilinə istinad edib. Iso Rivolta A3/C modeli isə, öz növbəsində, italyan markasının başqa bir modelinin - möhtəşəm Grifo kupesinin yarış versiyası olub. Yeri gəlmişkən, Grifo kupesinin dizaynı üzərində Corcetto Cucaro işləyib.
Iso markası hər zaman öz avtomobillərində orijinal dizayndan və amerikan mühərriklərinin təkmilləşdirilmiş variantlarında istifadə edib. Qeyd etmək gərəkdir ki, italyanlar əsasən Chevrolet və Ford mühərriklərinə üstünlük veriblər
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Zagato atelyesi də yeni layihə üçün bənzər bir reseptdən istifadə etmək niyyətindədir. IsoRivolta GTZ adlandırılan kupe haqqında texniki məlumat olduqca azdır, lakin buna baxmayaraq, eksklüziv kupenin Corvette Z06 modelindən götürülmüş V8 mühərriki ilə təchiz ediləcəyi bilinir. Mühərrik üzərində aparılacaq çalışmalar açıqlanmasa da, onun iş həcminin 6,2-litrdən 6,8 litrəqədər artırılacağı bildirilib.
Bundan əlavə, italyanlar yeni avtomobilin tamamilə karbondan hazırlanmış kuzov ilə təchiz edəcəklərini bildiriblər. Çox güman ki, avtomobil təkcə texniki imkanlara görə deyil, həm də eksklüzivliklə əsaslandırılmış tamamilə qeyri-humanist qiymətə malik olacaqdır. IsoRivolta GTZ yalnız 19 nüsxədə buraxılacaqdır. Atelyedən bildirildiyinə görə, artıq onlardan doqquzu öz sahibini tapıbdır.
Bununla yanaşı, Zagato layihə üzərindəki sirr pərdəsini yalnız oktyabr ayında qaldırmağa söz verib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












