“Zəfər” avtomobilinin dizaynı hazırlandı - FOTO

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb. Onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.
Avtosfer.az xəbər verir ki, dizayner hazırladığı avtomobil layihəsinin "Zəfər" adlandığını bildirib.
Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub:
"Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə "Zəfər" avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam".
Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər.
28 yaşlı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












