“Zoox” robot taksisi nümayiş olunub

"Amazon" şirkətinə məxsus "Zoox" startapı özüidarəolunan avtomobilin ilk kommersiya modelini nümayiş etdirib. Dörd nəfərlik sərnişin tutumuna malik elektromobil saatda 120 km sürətlə olmaqla 16 saat təkrar enerji toplamadan hərəkət edir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "ağıllı" avtomobil tam avtonomdur: kabinədə sürücü üçün yer, sükan, pedal və arxa güzgü nəzərdə tutulmayıb. Kuzov elektromobilə yolda istiqaməti müəyyənləşdirməyə kömək edən, kamera, sensor və lidarlarla təchiz edilib. Hər ox üzərində quraşdırılan elektromotorlar sayəsində "Zoox" sürücüsüz avtomobili dönmədən istənilən istiqamətdə hərəkət edə bilir.
"Zoox" startapının rəhbəri Ayşa Evans bildirib ki, proqram vasitəsilə elektromobili çağırmağa imkan verən servisi ilk dəfə San-Fransisko və Las-Veqasda istifadəyə vermək planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün şirkət həm lazımi kapitala, həm də uzunmüddətli təsəvvürə malikdir.
Gələcəkdə "Zoox" servisinin digər ölkələrdə də işə salınması nəzərdə tutulur. 2022-ci ildə istifadəyə veriləcək yeni servisin qiyməti barədə məlumat verilməsə də, onun "Uber" və "Lyft" servisləri ilə müqayisədə ucuz və rəqabətqabiliyyətli olacağı bildirilir.
2014-cü ildə yaradılan "Zoox" startapı bu ilin iyununda "Amazon" tərəfindən satın alınıb. KİV-in məlumatına görə, sazişin dəyəri 1,2 milyard dollar təşkil edib və şirkət tarixində ən böyük sazişlərdən olub.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












