1 əsr əvvəl Bakı küçələrində elektromobil - FOTO

Azərbaycanın paytaxtı elektrik nəqliyyatı ilə 1924-cü ildə tanış oldu.
Avtosfer.az-ın xəbərinə görə, həmin ildə Bakının küçələrində tramvaylar şütüməyə başladı. 2 il sonra isə Sovet ittifaqında ilk elektrikli dəmir yolu Bakı–Sabunçu–Suraxanı xətti həyata vəsiqə aldı. Nəqliyyatda elektrikləşmə bununla bitmədi.
Sənaye müəssisələrində də elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə genişləndi. Bunlardan biri də fotodakı elektrokardır. Almaniya istehsalı olan texnikanın şəkli 1927-ci ildə Bakıda transformator daşıyarkən çəkilib.
Bir sözlə, Bakı elektromobillə 21-ci əsrin son 10 ilində deyil, ötən əsrin ilk qərinəsində tanış olub. Bu foto həm də ötən əsrdə Bakıda elektrik nəqliyyatının inkişaf tempini göstərir: 1924 – tramvay, 1926 – elektrik qatarı, 1927 – elektrokar. Bu dövrəni 1967-ci ildə Bakı metrosu tamamladı.
Vüqar
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










