“20 Yanvar” dairəsi taksilərdən təmizlənəndən sonra görün nələr dəyişdi - FOTOLAR

Son 10 gündə qanunsuz sərnişindaşımalarla mübarizə müəyyən nəticələr verib. Şəhərin ən sıx hərəkət olan ərazisi – 20 Yanvar metro stansiyasının ətrafında da müəyyən yüngülləşmə yaranıb. Ən azından bazar günü saat 18 radələrində buradan keçərkən vəziyyətin dəyişdiyinin şahidi oldum.
20 Yanvar metrosu ətrafında hərəkətin normallaşması kənar ərazilərə də təsir göstərib. Ən azından gündəlik istifadə etdiyim Bakı Dairəvi yolunda bunu aydın görmək mümkündür. Yolda intensivliyin azalması göz qabağındadır. Metronun ətrafının təmizlənməsi Şamaxinka deyilən hissədə də hərəkətin nisbətən asanlaşmasına səbəb olub.
Təbii ki, yeni qaydalara hələ də vərdiş etməyənlər tapılır. Yol kənarında saxlamaq mümkün olmadığı üçün 3-cü cərgədə sərnişin düşürənlərə rast gəlmək olur. Eynən də avtomobil yoluna çıxan və ya məhəccərin üstündən tullanan sərnişinlərə.
Doğrudur, hərəkətin tənzimlənməsi normal və zəruridir. Lakin vacib məqam başqadır: Əvvəla, çox sayda polis ərazidə gecə-gündüz xidmət apara bilməz. Yol polisi əməkdaşlarının sayı məhduddur, iş və istirahət rejimləri tənzimlənməlidir. Polis avtomobilinin fasiləsiz olaraq səs siqnalını qoşub dayanması da xoş olmayan təsəvvür yaradır.
Həm də yolun yalnız bir tərəfinin təmizlənməsi çarə deyil. Ən əsası, sıravi polislərin də işini yüngülləşdirməık lazımdır. Bunun ən yaxşı yolu texniki vasitələrdən istifadədir. Hər nə qədər peşəkar xidmət aparılsa da, polisin vətəndaşla ifrat təması narazılıq doğurur. Qayda-qanun texniki vasitələrlə tənzimləndikdə isə narazılıq yaranmır. Həm də nəzarət daha yaxşı təşkil olunur. Yaxın həftələrdə 40 dərəcəyə çatacaq istidə polis əməkdaşları neçə saat xidmət apara biləcək? Yaxud yanvar-fevral aylarındakı sırt şaxta və küləklərdə? Texnika imkan verdiyi halda, nə üçün insan sağlamlığımı təhlükəyə ataq?
PS. 2015-ci ildə 20 Yanvar metro stansiyasının ətrafında çox yaxşı vəziyyət yaradılmışdı. Ərazidə səs-küy və tıxac minimum idi. Təəssüf ki, bu vəziyyətin ömrü Birinci Avropa Oyunlarının sonuncu idmançısı Bakını tərk edənə qədər oldu.
Vüqar Yaşaroğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR













