Avtobusların qışa hazırlığı - Bakı Beynəlxalq Avtovağzal Kompleksindən REPORTAJ - FOTO

Son iki gün ərzində müşahidə edilən qarlı hava şəraitində nəqliyyat sistemində zəruri bütün tədbirlər görülüb, sərnişinlərin ünvan başına rahat çatması üçün mümkün olan addımlar atılıb.
Bu istiqamətdə Bakı Beynəlxalq Avtovağzal Kompleksi də kifayət qədər ciddi tədbirlər görüb.
Oxu.az-ın əməkdaşı qarlı hava şəraitində Bakı Beynəlxalq Avtovağzal Kompleksində görülən işlərlə tanış olub.
Belə ki, Kompleksdən rayonlararası və şəhərlərarası sərnişindaşıma fəaliyyəti fasiləsiz təmin olunur.
Qarlı hava şəraiti ilə əlaqədar perrona qalxan yol, nəqliyyat qovşağı və kompleks ərazisi hər gün qardan təmizlənir, duz və qum səpilir.
Çəkiliş zamanı əməkdaşların mütəmadi ərazidən qarı təmizlədiklərinin şahidi olduq. Dünya təcrübəsi göstərir ki, iqlimi sərt olan ölkələrdə qış mövsümünə keçid ərəfəsində analoji tədbirlər görülür. Azərbaycanda qış mövsümü sərt keçməsə də, təhlükəsizlik və sərnişinlərə yüksək səviyyəli xidmət baxımından daşıyıcı şirkətlərin qabaqlayıcı addımlar atılıb.
Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, rayon və şəhərlərə nəqliyyatın hərəkətində hazırda heç bir məhdudiyyət yoxdur:
“Bütün istiqamətlər üzrə hərəkət fasiləsiz təmin edilir. AYNA tərəfindən marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət gücləndirilib. Marşrut xəttində istismar olunan avtobuslar qış mövsümünə uyğun təhciz olunub”.
Hava şəraiti ilə bağlı rayonlara gedən sərnişinlərin sayında azalma müşahidə edilir. Hətta iki gün öncə rayonlara gedən avtobus reyslərinin bir günlük təxirə salındığı barədə də məlumat verilib.
Həmin ərəfədə təxirə salınan reyslərə alınan biletlərin aqibəti barədə maraqlananlara da cavab olaraq bildirək ki, bununla bağlı müraciət edilə bilər.
S.Səfərov onu da əlavə edib ki, səfərdən imtina edən sərnişinlərin bileti qanuna müvafiq qaydada geri qaytarıla bilər.
Yay mövsümündə müşahidə edilən sərnişin çoxluğu gözə dəyməsə də rayona səfər edənlərdən çox rayondan paytaxta gələnlərə rast gəlinirdi.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











