Azərbaycan rəhbərinə xidmət etmiş fayton indi bu vəziyyətdədir - FOTO

Hazırda Şəkinin vacib tarixi obyektlərindən olan Tarix-Diyarşünaslıq Muzeyində təmir işləri aparılır. Bu səbəbdən eksponatlar başqa yerə köçürülüb. Lakin hamısı yox.
1812-ci ilin topu öz yerindədir ki, buna qar və ya yağış təsir etmir. Amma başqa bir eksponat barədə bnunu deyə bilmərik.
Söhbət 19-cu əsrdə hazırlanmış faytondan gedir. Uzun müddət istismar edilmiş texnikanı sahibi 70-ci illərdə muzeyə bağışlayıb. İstehsal tarixinə görə də bu nəqliyyat vasitəsi qiymətli eksponat hesab edilir.
Lakin faytonun müvəqqəti konservasiyası heç də ürəkaçan deyil. Açıq havada saxlanan eksponatın üzərinə çəkilən polietilen plyonka onu ən yaxşı halda yağışdan qoruya bilər. İsti havada isə “parnik effekti” ilə texnikanın parçadan olan hissələrinin daha tez aşınmasına səbəb olacaq. Həm də plyonka da təbii amillərin təsiri ilə tez dağılır.
Fayton istehsal dövrünə görə qiymətli eksponatdır. Lakin onu daha da dəyərli edən isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nərimanov Nərimanovun 1920-ci ilin aprelində bu faytonla Yevlaxdan Şəkiyə gəlməsidir.
Doktor özü bu barədə yazırdı: “Məni faytonla şəkili Abdulkərim gətirdi. Onun şirin Şəki ləhcəsi ilə danışığı lətifələri elə ürəkaçan oldu ki, biz 6 saatlıq yolu sanki 6 dəqiqəyə gəldik".
Sözümün canı budur ki, həm tarixi, həm də siyasi xarakteri olan bu eksponatın layiqli şəkildə qorunması vacibdir. Həm də nəzərə alaq ki, Azərbaycan muzeylərində nəqliyyat vasitələri barmaqla sayılacaq qədərdir.
QEYD: Faytonun açıq şəkildə göründüyü fotolar 3 il əvvəl çəkilib.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










