Bakı-Ələt yolunda "Mercedes" yoldan çıxıb aşdı, sürücü öldü, yaralı var - FOTO

Yol polisi Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.
Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Ələt yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücünün öldüyü, maşında olan sərnişinin isə xəsarət aldığı bildirilir. (apa)
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













