Reklam

Bakı gecələrinin spesifikası: KamAZ tıxacı və qəzalar - FOTO

Avtosfer Foto 14 Avqust 2023 11:00 Oxunub 1514
Bakı gecələrinin spesifikası:  KamAZ tıxacı və qəzalar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl günorta şəhərə gələndə taksi sürücüsü Sədərək Ticarət Mərkəzinin arxasındakı yük avtomobillərini (əsasən qoşqulu MAZ və KamAZ) göstərib dedi ki bizə işləməyə imkan vermirlər. Təbii ki, sürücünün sözü məndə maraq doğurmaya bilməzdi: axı KamAZ sürücüsü taksinin çörəyinə necə bais ola bilər? Səbəbini soruşdum, və təəssüf ki, deyilənlərin şahidi də oldum.

Bu söhbətdən cəmi 1 gün sonra gecə vaxtı Dərnəgüldən Lökbatana qayıdarkən  taksi sürücüsü saat 1 radələrində tıxacı görüb dedi: yəqin hardasa KamAZ qəza törədib. Uzun sözün qısası, yolu çətinliklə keçib evə çatdıq. Səhər saytlara baxanda gördüm ki, taksi sürücüsü haqlı imiş. Ziya Bünyadov prospektində cəmi 2 saat fərqlə yük maşınlarının iştirakı ilə 2 ciddi qəza baş verib. 

Taksi sürücüsü yol boyu dedi və göstərdi ki, yük avtomobilləri gecələr çox kobud idarə olunur. Sürücülər yükü boşaldıb səhərədək şəhərdən çıxmaq üçün bütün mümkün variantlara əl atırlar. Həm də çalışırlar gecə boyu mümkün qədər çox reys etsinlər. Onlar üçün ön planda olan yükü tez boşaldıb digər yük arxasınca qaçmaqdır. 

Elə yol boyu yük avtomobillərinin hərəkətini izlədikdə taksi sürücüsünün haqlı olmadığını gördüm. Sədərək Ticarət Mərkəzinə çatanda isə sürücünün dərdi açıldı: bildirdi ki, gündüz burada gözləyən maşınlar hava qaralan kimi şəhərə hücuma keçirlər. Buna görə də “gecə boyu Kamaz probkası yaranır. Gecə saat 12-dək və səhərə yaxın vəziyyət xüsusilə ağır olur”. 

Bu da Bakı gecələrinin maraqlı bir halı. Vaxtilə Maksim Qorki paytaxtımızın gecələrini Neapola bənzədirdi. Bəs indi necə? Bu bənzətmə özünü doğruldurmu?

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh