Binəqədidə xanım sürücü "Lexus"u yük maşınına çırpdı, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonu ərazisində ağır yol qəzası qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qəza Bakı Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
“Lexus” markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirib. Minik maşını eyni istiqamətdə hərəkətdə olan Malik Ağayevin idarə etdiyi “Qaz-53” markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkəti yol polisi tərəfindəb tənzimlənib. Yük maşının sürücüsü bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü yol zolağında minimum sürət həddi ilə hərəkət edib. Minik avtomobili yüksək sürətlə hərəkətdə olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
apa
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













