Bakıda 410 minə “Galendewagen” satan şəxsin başına iş gəldi - FOTO

Bakıda lüks avtomobil satan şəxs dələduzluqla üzləşdiyini bildirib.
Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1982-ci il təvəllüdlü M.Bayramov “Dubai Cars” avtomobil salonunda satışa qoyduğu “Mercedes Galendewagen” markalı avtomobilinin 410 min manata satıldığını, lakin pulun ona verilmədiyini deyib.
O bildirib ki, bir müddət əvvəl avtomobil salonunun adını xatırlamadığı satıcısı 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilini başqa şəxsə satıb və əldə etdiyi külli miqdarda vəsaiti mənimsəyib.
Baş Polis İdarəsinə daxil olan müraciət aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə 90-MB-900 dövlət qeydiyyat nişanının müxtəlif lüks avtomobillərə taxılmasını əks etdirən çoxsaylı görüntülər yayılıb.
***
Məsələ ilə bağlı “Dubai Cars” avtomobil satışı mərkəzinin Elsevər adlı əməkdaşı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Mədət Bayramovun özünün onlara borcu var: “Mədət gəlib bizə olan 50 min dollar borcunu ödəsin, sonra gedib şikayət etsin”.


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












