Bakıda “Mercedes”in 109 il əvvəl baş tutmayan satışları - FOTO

Çar Rusiyası dövründə Bakıda bir çox avtomobil şirkətinin nümayəndəlikləri olub. Onlar 1920-ci ilin ortalarından Bakını məlum səbəblərdən tərk edib.
Avtosfer.az-ın xəbərinə görə, Bakı quberniyasında (o vaxt hələ Azərbaycan adlı dövlət yox idi – müəl.) artıq 1900-cü illərdən təkəmseyrək də olsa avtomobillər gözə dəyirdi. Neft bumuna görə maşınların da sayı ilbəil artırdı.
Bakının böyüməsi və şəhərdə baş verən yanğınlar yanğınsöndürmə texnikasını təkmilləşdirməyi tələb edirdi. Neft mədənində və ya zavoddakı yanğını su daşıyaraq söndürmək artıq mümkün deyildi.
Belə olan təqdirdə 1914-cü ildə Bakı Şəhər Duması kütləvi surətdə yanğınsöndürən avtomobillər almaq üçün “Mercedes”in Bakıdakı nümayəndəliyinə müraciət edir. Təklifə müsbət cavab verilir. Lakin Birinci Dünya Müharibəsinin başlaması ilə “Mercedes” Bakını tərk edir və sifariş icra edilmir.
Təəssüf ki, Dumanın neçə avtomobil sifariş etdiyi barədə səhih məlumat yoxdur.
Amma hər bir halda bu hadisə Azərbaycan-Almaniya əlaqələri tarixinin bir parçasıdır və ətraflı araşdırılması yerinə düşər.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











