Reklam

Bakıda qorunub saxlanılan 1001 saylı vaqonun sirri nədir? - FOTOLAR

Avtosfer Foto 10 Noyabr 2022 13:00 Oxunub 5228
Bakıda qorunub saxlanılan 1001 saylı vaqonun sirri nədir? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Metopoliteni ənənəvi olaraq retro vaqonları İçərişəhər stansiyasında nümayiş etdirir.
Stansiyada olarkən həmişəki kimi bu vaqonların ciddi maraq doğurduğunun şahidi olduq. Ən ciddi maraq isə təbii olaraq A tipli vaqona idi. Bakı metropoliteninin birinci vaqonuna. 

Avtosfer.az  xəbər verir ki, A tipli vaqonlar Moskvada Mıtişi Vaqonqayırma Zavodunda 1934-1939-cu illərdə istehsal olunub. 1935-ci ildə istismara verilən Moskva metrosu da sərnişin daşımağa bu vaqonlarla start verib. 1951-ci ilədək Moskva metropolitetinin əsas inventarı olan A tipli vaqonlar tədricən xətdən çıxarılsa da, Arbat-Pokrovsk xəttində istismar 1975-ci ilədək davam edir.
1951-ci ildən etibarən xətdən çıxarılan vaqonların bir qismi doğranır, az bir hissəsi isə depolarda saxlanılır. Moskva metrosunun 1001 nömrəli yedək vaqonu isə hələ o dövrdə layihələndirilən Bakı metropoliteninə yolölçən maşın qismində (şəkli Gənclik metrosundakı keçiddə var) verilir. Bu zaman vaqonun nömrəsi 1001-dən 001-ə dəyişdirilir. 2017-ci ildə isə vaqon bərpa edilərək orijinal görkəminə qaytarılılr və hər il noyabrda nümayişə çıxarılır. 


A tipli vaqonlar 4 il ərzində 111 ədəd istehsal olunub. Onlardan 3 ədədi Moskva, 1 ədədi isə Bakı metropolitenində retro vaqon kimi qorunur. Bu vaqonlardan başqa şəhərlərdə istifadə edilməyib. 
Vaqona nəzər saldıqda o dövr üçün kifayət qədər komfortlu oturacaqlar və gözəl dizayna malikdir. 1956-cı ildə başlayan destalinizasiya prosesi metro vaqonlarına da təsirsiz ötüşmədi. Həmin dövrdən layihələndirilən vaqonlarda yumşaq oturacaqlar yoxa çıxdı, dizayn bəsitləşdi. Eynən arxitekturada olduğu kimi. 

30-cu illərdə hazırlanmış vaqonun salamat qalmış 1 nüsxəsinin paytaxtımızda olması fərəhləndirici haldır. Arzu edərdik ki, bu vaqon ildə 3 deyil, 300 gün nümayiş etdirilsin. Şərqin ilk yeraltı nəqliyyat sistemi olan Bakı Metropliteninin muzeyi təşkil edilərsə, kifayət qədər ziyarətçi cəlb etmək mümkündür. Bu həm metroplitenə faydalı olar, həm də turizmin inkişafına töhfə verər. Ən əsası yeni iş yerləri yaratmaq mümkün olar.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh