Bakıda sərnişindaşımanın üz qarası – Bu şirkətin avtobusları ölüm saçır - FOTO

Son 4 gün ərzində paytaxtın Sabunçu rayonu ərazisində müntəzəm marşrut xəttləri üzrə hərəkət edən 2 avtobus ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hər iki qəzanı törədən avtobusların “Çinar Trans” MMC-yə məxsus olması diqqət çəkir. Belə ki, sentyabrın 20-də bu şirkətin balansında olan 40 saylı marşrut üzrə hərəkət edən “Karsan Atak Karataş” markalı avtobus Balaxanı qəsəbəsi yaxınlığında “KamAZ”a çırpıldı. Nəticədə avtobusda olan sərnişinlərdən 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən vəfat etdi.
Sentyabrın 24-də isə “Çinar Trans” MMC-nin sürücüsü Səfərov Orxan Adil oğlunun idarə etdiyi 185 nömrəli marşrut avtobus Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə toqquşub. Nəticədə “Opel”in sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Bu hadisələrdən sonra hər iki fakt üzrə avtobus sürücülərinə cinayət işi açılıb.
Maraqlıdır ki, ilkin araşdırmalar zamanı yol qəzalarının avtobus sürücülərinin məsuliyyətsizliyindən törədilməsi müəyyənləşib.
Araşdırmalar göstərir ki, “Çinar Trans” MMC şirkətinə məxsus acvtobuslar daha əvvəl də dəfələrlə ağır yol qəzalarına səbəb olub. Nəticədə xeyli insan həyatını itirib. Bütün bunlara baxmayaraq şəhərin bir çox strateji əhəmiyyətli marşrut xətlərinin bu şirkətə həvalə edilməsi, marşrut şəbəkəsini genişlətməsi böyük maraq və suallar doğurur.
Günel
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO













