Sürücü park edilmiş maşını vurub qaçdı - DƏYMİŞ ZƏRƏRİ ÖDƏMİR - 90-AZ-331 - FOTO

Bakıda qayda pozan sürücü qəza törədərək hadisə yerindən yayınıb. Bu barədə zərərçəkmiş sürücü Rusif Nehmətov redaksiyamızın sosial şəbəkə hesabına müraciət edib. O bildirir ki, idarə etdiyi 90-KM-773 qeydiyyat nişanlı “Mazda” markalı avtomobillə sentyabrın 21-də, paytaxtın Oktay Orucov küçəsində hərəkətdə olarkən başına xoşagəlməz hadisə baş verib: “Maşınımı park edib işə getdim. Qayıdanda gördüm ki, güzgünü kimsə vurub qaçıb. Hadisə ilə bağlı dərhal 102 qaynar xəttinə şikayət etdim. Bu vaxt yaxınlıqda olan bir şəxs mənə yaxınlaşaraq qəza törədib qaçan avtomobili görüdüyünü dedi. Məlum oldu ki, qəzanı 90-AZ-331 qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib. Bu barədə də polisə məlumat verib ərizə ilə müraciət etdim. Lakin sürücü hələ də dəymiş ziyanı ödəmir. Xahiş edirəm ki, avtomobilimə dəymiş maddi ziyan ödənilsin” – deyə zərərçəkmiş sürücü bildirib.
Leyla
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR













