Bakının bərbad vəziyyətə salınmış piyada səkiləri - FOTO

Qaydalara göz yuman sürücülər və onlardan geri qalmayan dövlət qurumları insanların hərəkəti üçün nəzərdə tutulmuş səkiləri yararsız vəziyyətə salır.
Avtosfer.az-ın məlumatına əsasən, müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə kameraya alınmış görüntülər də məhz bu problemi işıqlandırır.
Belə ki, Nəsimi rayonun Bakıxanov küçəsində 77-BY-326 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil dayanma-durma qaydasına məhəl qoymayıb və piyadaların hərəkətini məhdudlaşdırıb. Həmçinin Yasamal rayonunun İslam Səfərli küçəsində səkini parkinqə çevirən “Kia” markalı sürücü də ondan geri qalmayıb.
Nəsimi rayonunun Mikayıl Rəfili küçəsində tikilmiş səki isə labirinti xatırladır. Belə ki, səkidən istifadə edən piyada yolun avtomobilə çıxacağını gözə almalıdır. Həmin rayonun Həsən Əliyev 50 küçəsindəki səkiyə quraşdırılan dirək ayrı formada maneə yaratsa da, kökündə eyni problem dayanır. Səkinin ortasında olan kamera dirəyi onu daha da keçilməz vəziyyətə salır.
Nərmin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










