Bakının bu küçələrində xaos var: piyadalar yeriməyə səki tapmır - FOTO

Piyada gəzməyin sağlamlığa faydası məlumdur. Amma hər gün səkilərdə üzləşdiyimiz problemlər stress yaratmaqla nəinki sağlamlığımıza zərər vurur, hətta həyatımız üçün təhlükə yaradır.
Avtosfer.az bildirir ki, “İnşaatçılar” metro stansiyasının bütün giriş-çıxışlarında xaosdur. Vaxtilə ətrafda plansız tikilən və ya yerləşdirilən obyektlər, eləcə də pinti küçə ticarəti və səkilərə maşınların daxil olması, buranı şəhərin ən intizamsız yerlərindən birinə çevirib.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki piyada yolunda da intizamdan əlamət görünmür. Başqa sözlə, maşınlar səkini elə zəbt edirlər ki, piyadaların üzünə yol tam bağlanır. Burada tumba quraşdırıb problemi sadə yolla həll etmək olmaz?
Zivər bəy Əhmədbəyov küçəsinin bu hissəsindəki (“Caspian Plaza”nın arxasında) səki də hər gün piyadaların üzünə bağlı olur. Səbəb sadədir: bordür daşları yastı şəkildə düzülüb və maşınlar səkiyə asanlıqla daxil olurlar.
Ülvi Bünyadzadə küçəsindəki səkidə düzülən maşınlar isə avtosalonun maşınlarıdır. Başqa sözlə, səkidən sərgi kimi istifadə olunur. Sakinlər şikayət etsələr də, problem telekanallarda işıqlandırılsa da, tədbir görülmədiyi deyilir.
Leyla
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














