Bakının əyri və yöndəmsiz piyada keçidləri: bunu çəkənlər sərxoş olub? - FOTO

Ağsunun kəndələrinin birində 70-ci illərdə doğulanların əksəriyyətinin iki adı var. Səbəbi isə maraqlıdır. Deməli həmin illərdə kənddə icra nümayəndəsi işləyən şəxs daima sərxoş olurmuş. Kimin övladı doğulurdusa təbii ki, şəhadətnamə almaq üçün kənd icra nümayəndəsinə məlumat verirmiş. Daima sərxoş olan bu adam isə uşağa qoyulan adı səhv yazırmış. Ona görə ata-anasının Kamil qoyduğu şəxsin sənəddə adı Mirzəli ola bilirmiş.
Bunu niyə xatırladım. Sosial şəbəkılərdə qarşıma bir foto çıxdı. Deməli şəkillərdə Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki piyada keçidləri əks olunub.
Təqdim edilən fotolardan birincisində zolağın ortasında da piyada üçün baryer olduğu görünür. Belə çıxır ki, piyada bariyeri tullanıb keçidə və ya yola çıxmalıdır. Birdən arabada olsa necə?
İkinci fotoda isə piyada keçidinin ortasında hətta zolaqların üst-üstə düşmədiyi görünür. Adətən piyada keçidləri simmetrik və düz olması ilə seçilir. Amma burada sanki piyada keçidini ya iki müxtəlif adam, ya da sərxoş biri çəkib. Çünki qəfil qırılan zolaqlar çox yöndəmsiz görünür.
İndi kimsə deyə bilər ki, nə fərqi var əsas odur keçid mövcuddur. Amma bu cür xırda görünən problemlər qabardılmasa daha ciddi səhvlər baş verəcək.
Onsuz da şəhərdə insanların hərəkəti üçün normal şərait yoxdur. HEş olmasa piyada keçidlərimiz anormal olmasın.
Orxan Əli
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO










