Bakının mərkəzində nəzarətsiz qalan yol keçilməz olub - SAKİNLƏR ŞİKAYƏT EDİR - FOTO

Bakının mərkəzində diqqətdən kənarda qalan yol sakinləri narahat edir. Avtosfer.az xəbər verir ki, söhbət Xətai rayonu, Mirzə Davud küçəsindən (Elektrotok adlanan yerdən) gedir. Həmin yol 8 Noyabr prospekti ilə kəsişən və onunla paralel olan küçədir. Lakin neçə illərdir bu küçəyə nəzarət olunmadığı üçün asfalt qatı sıradan çıxıb. Nəticədə yağış yağan zaman yolda gölməçələr əmələ gəlir. Piyada gedib-gələn insanlar üçün yol keçilməz olur. Asfalt qatının bərbad olması sürücüləri də ziyana salır. Çala-çuxur çox olduğu üçün avtomobillərin asqı sistemi sıradan çıxır.
Sakinlər aidiyyəti qurumlardan sözügedən yolun təmir olunmasını xahiş edir.
Ümid edirik ki, sakinlərin şikayətinə tez bir zamanda reaksiya verilərək işıqlandırdığımız problem öz həllini tapacaq.
Leyla






Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










