Bloklarda düzəldilən saxlanc yerləri sökülür: sakinlərin şikayəti nədir? - FOTO

Doqquzmərtəbəli yaşayış binalarında sakinlərin mərtəbələrdə saxlanc yerləri düzəldib ümumi istifadə üçün nəzərdə tutulan sahələri zəbt etməsi məlumdur. Nəticədə, həm blokların daxilində qaranlıq və havasızlıq olur, həm də fövqəladə hallarda xilasetmə işlərində çətinlik yaranır.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu, Babək prospektində yerləşən 88, 90 və 92 saylı yaşayış binalarında həmin saxlanc yerlərini sökməyə başlayıblar. Amma iş dağınıq şəkildə aparıldığı üçün narazılıq var.
Sosial şəbəkə istifadəçilərindən biri bildirir ki, sakinlərin bloklarda olan saxlanc yerlərini sökür və onların içindəki zir-zibili çölə atırlar. Bu vəziyyət artıq ikinci həftədir davam edir. Şüşə qırıqları, mismarlarla dolu olan taxtalar və s. ətrafa səpələnib.
Mənzil İstismar Sahəsindən bildirilib ki, tullantılar söküntü işi tam qurtarandan sonra daşınacaq. Belə getsə, tullantılar həftələrlə qalacaq. Amma bura yaşayış yeridir, tullantı poliqonu deyil, kimsə zədələnə bilər.
Leyla
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR













