BNA-nın yeni çəkdiyi sarı zolaqlara girən sürücüləri cərimə gözləyirmi? - FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtın bir neçə küçə və prospektlərində 1.25 nişanlanması (sarı tor) tətbiq edib. Bu nişanlanma xətti sürücülərdə çaşqınlıq yaradıb. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, sarı boya ilə çəkilən nişanlanma xətləri digər nəqliyyat vasitələrinin həmin tora daxil olub istiqamət dəyişməsində və ya nişanlanma xətti boyunca hərəkətində hər hansı bir məhdudiyyət yaratmır. Sadəcə həmin torun üzəri daim boş saxlanılmalıdır. Xüsusən də sıxlıq və tıxac halları zamanı buradakı torun üzəri boş saxlanılmalıdır ki, bunun da məqsədi avtobuslar maneə olmadan zolağını dəyişərək fasiləsiz hərəkətini təmin etməkdir.
Sürücülər Avtosfer.az-ın qaynar xəttinə çoxsaylı müraciətlər göndərərək soruşurlar ki, bu nişanlanma xəttinin tələbinin pozulması inzibati məsuliyyət yaradır, yoxsa yox.
Qeyd edək ki, qanunvericiliyə görə 1.25 nişanlanma xəttinin tətbiqi yolayrıcları üçün nəzərdə tutulub. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Bu halda sürücü 3 bal 60 manat cərimə oluna bilər. Lakin BNA-nın yolayrıclarından kənarda tətbiq etdiyi 1.25 nişanlanma xəttinin tələbini pozan sürücünü heç bir məsuliyyət gözləmir.
Nərminə Əli
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








